- Baxış sayı: 14
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 267
- Oktyabr 25, 2026
- 0

Azərbaycan millisinin futbolçusu Mahir Əmrəlinin çıxış etdiyi Polşanın “Legiya” klubu ölkə kubokunda növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, Varşava təmsilçisi 1/16 finalda “Svit Skolvin”lə üz-üzə gəlib.
Rəqibinə 1:0 hesabı ilə qalib gələn “Legiya” növbəti mərhələyə yüksəlib. Əmrəli görüşə start heyətdə başlayıb və 90+1-ci dəqiqədə əvəzlənib.
35-ci dəqiqədə 24 yaşlı hücumçunun başla zərbəsindən sonra qapıçı topu qaytarıb, onun komanda yoldaşı Lindsey Roz isə təkrar zərbə ilə komandasının qələbə qolunu vurub. Əmrəli 50-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.