Maliyyə sıxıntısı klublarımızı Antalyaya deyil, Ərzuruma çəkir

Maliyyə sıxıntısı klublarımızı Antalyaya deyil, Ərzuruma çəkir

Qarşıdakı mövsümdə Avropa Liqasında çıxış edəcək “Kəpəz”in bu turnirlə bağlı ilk hazırlıq planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubu iyunun 11-dən 21-nə kimi Türkiyədə təlim-məşq toplanışı keçəcək. Komanda 10 gün ərzində Ərzurumda hazırlıq prosesində olacaq.

“Sarı-göylər” “Palantökən” mehmanxanasında məskunlaşacaq. “Kəpəz” ötən mövsüm öncəsi də qardaş ölkədə məhz bu bölgədə məşq etmişdi. Nizami yurdunun təmsilçisi Ərzurumda olduğu müddətdə əsasən fiziki çalışmalar üzərində işləyəcək.

Komanda orada 2 yoxlama oyunu keçirməyi də planlaşdırıb. Hazırda bu yöndə danışıqlar aparılır. “Kəpəz” Bakı – Naxçıvan – Ərzurum marşrutu ilə Türkiyəyə yollanacaq. Buna qədər Bakı “İnter”i də hazırlığını bu şəhərdə keçəcəyini açıqlayıb.

Həmin kateqoriyadan