- Baxış sayı: 72
- 05 Avqust 2026 19:38
- Baxış sayı: 89
- Avqust 10, 2026
- 0

Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında finala yüksəlib.
Allsport.az xəbər verir ki, tamblinq növündə çıxış edən 25 yaşlı idmançı təsnifat mərhələsində 2-ci cəhdini edib.
Avropa çempionu və dünya yaş qrupları yarışlarının qalibi bu dəfə 37,300 xala layiq görülüb. O, ümumi sıralamada 75,200 xalla 3-cü olub və həlledici mərhələyə vəsiqə qazanıb.
Bu növdə final yarışın sonuncu günündə – noyabrın 21-də gerçəkləşəcək.