“Mançester Siti” dünyanın ən dəyərli futbol brendi seçilib

“Mançester Siti” dünyanın ən dəyərli futbol brendi seçilib

“Brand Finance” şirkəti dünyanın ən bahalı futbol brendlərinin reytinqini təqdim edib.

Allsport.az xəbər verir ki, “Mançester Siti” il ərzində brend dəyərini 13% artıraraq 1,51 milyard avroya yüksələrək birinci olub. “Real Madrid” 4 ildə ilk dəfə ilk sıranı itirib. Madrid təmsilçisinin brendinin dəyəri 1,46 milyard avroya düşüb. 

Ən dəyərli 7 futbol markası aşağıdakılardır: 

1. “Mançester Siti” – 1,51 milyard avro;

2. “ Real Madrid” – 1,46 milyard avro;

3. “ Barselona ” – 1,37 milyard avro;

4. “ Mançester Yunayted ” – 1,36 milyard avro;

5. “Liverpul” – 1,36 milyard avro;

6. PSJ – 1,13 milyard avro;

7. “Bavariya” – 1,1 milyard avro;

8. “Arsenal” – 0,91 milyard avro;

9. “Tottenhem” – 0,90 milyard avro;

10. “Çelsi” – 0,86 milyard avro

Həmin kateqoriyadan