Mançini: “Məşqçinin işi asan deyil”

Roberto Mançini “Mançester Siti”ni dünyanın ən güclü komandası hesab etmir.

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin və “İnter”in keçmiş baş məşqçisi Çempionlar liqasının finalı öncəsi Pep Qvardiolanın komandası haqqında danışıb:

“Finaldan əvvəl heç bir proqnoz vermək olmaz. Qvardiolanın “Siti”si dünyanın ən güclü komandası deyil, amma pis oynamırlar.

Simyone İnzaqini yaxşı tanıyıram, onun bir oyunçu və məşqçi kimi fəaliyətini görmüşəm. Ona inanın. Bir neçə həftə əvvəl o, tənqidçilərin hədəfi deyildimi? Məşqçinin işi asan deyil” – İtaliyanın baş məşqçisi Mançini deyib.

Həmin kateqoriyadan