- Baxış sayı: 90
- 02 Noyabr 2026 21:48
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Bakıda taekvondo üzrə dünya çempionatı çərçivəsində Heydər Əliyev mərkəzinin parkında master klas təşkil olunub.
Allsport.az xəbər verir ki, master klas zamanı ikiqat Avropa çempionu, əməkdar idman ustası İlkin Şahbazov 100-ə qədər idmançıya taekvondo təlimi keçib.
Tədbirdə həmçinin Vətən müharibəsində iştirak etmiş taekvondoçulara Azərbaycan taekvondo federasiyasının rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.