Mateu, “Real”ın zəif çıxışında Ançelottini günahlandırır

“Barselona”nın keçmiş futbolçusu Jofre Mateu hesab edir ki, “Real” mövsümü Karlo Ançelottiyə görə uğursuz keçirib.

Allsport.az xəbər verir ki, daha əvvəl Ançelottinin növbəti mövsümdə də Madrid klubunda fəaliyyətini davam etdirəcəyi bildirilib.

“Ançelottinin “Real”da davam etməsi “Barselona” üçün yaxşı xəbərdir.

Madrid təmsilçisi çox yaxşı mövsüm keçirmədi və bunun üçün məsuliyyət sonda baş məşqçinin üzərinə düşür” – Mateu bildirib.

“Barselona” la liqa və İspaniya super kubokunun qalibi olub. “Real” isə liqada Kataloniya təmsilçisindən 11 xal geri qalır. 

“Kral” klubu bu mövsüm Avropa Superkubokunu, klublararası dünya kubokunu və “Kral” kubokunu qazanıb.

Həmin kateqoriyadan