Matyaj Kek: İlk hissəni pis keçirdik

Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek bizə qarşı yoldaşlıq matçını şərh edib. Allsport.az saytı xəbər verir ki, 59 yaşlı mütəxəssis qolsuz bitən görüşdən sonrakı mətbuat konfransında bunu söyləyib:

“İlk hissəni pis keçirdik, aqressiya çatmırdı, topa gecikirdik. Rəqib çox yaxşı oyun göstərdi. Xüsusən, çox yaxşı qapanırdı. Biz isə topu qəbul edəndə daha çox İliçiçi topla təmin etməyə çalışırdıq.

Bu da effekt vermirdi. İkinci hissə daha yaxşı oynadıq, amma yenə də qol epizodları yaratmaq tam alınmırdı”.

Həmin kateqoriyadan