Maykl O`Nil: Xorvatlara uduzduq, amma ən önəmlisi Azərbaycan millisimə qalib gəlmək idi

Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil dünya çempionatı-2018-in seçmə qrup mərhələsində Azərbaycan futbolçuları üzərində qazandıqları 4:0 hesablı qələbədən sonra, Xorvatiya komandası ilə yoxlama görüşündə aldıqları 0:3 hesablı məğlubiyyəti şərh edib. Allsport.az saytı xəbər verir ki, o, duruma belə aydınlıq gətirib:

“Xorvatiyaya məğlubiyyətə görə üzülürük. Çətin oyun olacağını bilirdik. Oyunumuza baxanda, müəyyən məqamlar var ki, razıyıq. Bu, bizim gücümüzü göstərir. Amma bu oyunda bir qədər ləng idik. Lakin hər şeydən önəmli olan Azərbaycanla oyuna daha yaxşı köklənmək və qalib gəlmək idi ki, bunu da bacardıq. Xorvatiya ilə yoxlama matçında uduzsaq da, bundan sonra belə oynamamağa çalışacağıq”.

Həmin kateqoriyadan