- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

PSJ-nin hücumçusu Kilian Mbappe ardıcıl 4-cü dəfə Fransa liqa 1-in ən yaxşı oyunçusu seçilib.
Allsport.az xəbər verir ki, Mbappeyə milli peşəkar futbolçular ittifaqının (UNFP) mükafatını Fransa millisinin baş məşqçisi Didye Deşam təqdim edib.
PSJ-nin futbolçusu 2019, 2021 və 2022-ci illərdə bu mükafatı qazanıb (2020-ci ildə pandemiya səbəbindən təqdimat olmayıb).
Mükafatlandırma mərasimində Kilian PSJ-də qalmaq istədiyini açıqlayıb.
“PSJ-də və bu layihənin bir hissəsi olmaq seçimimdən çox xoşbəxtəm. Gələn mövsüm də burada qalacağam” – deyə Mbappe bildirib.