- Baxış sayı: 42
- 19 İyun 2026 00:58
- Baxış sayı: 80
- İyun 18, 2026
- 0

Azərbaycan stolüstü tennis federasiyasının vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova bu gün III MDB oyunlarında çıxış edən idmançılarla görüşüb.
Allsport.az saytı xəbər verir ki, seçmə komandanın məşqçi heyətinin də qatıldığı tədbirdə stolustü tennisçiləri yüksək nəticələr münasibəti ilə təbrik edən federasiya rəsmiləri onlara gələcək yarışlarda da uğurlar arzulayıb, lazımi təklif və tövsiyyələrini veriblər.
Ardınca, III MDB oyunlarında ölkəmizi layiqincə təmsil edən stolüstü tennisçilər və məşqçilərə, həmçinin, federasiya nümayəndələrinə ASTF-nin təşəkkürnaməsi, hədiyyə və mükafatı təqdim olunub.
Stolüstü tennisçilər sözü gedən yarışda 6 gümüş və 3 bürünc medal qazanıblar.