“Media tərəfdən üstümüzə hücumlar gəlir”

Sabah Maltada bizim vaxtla saat 15:00-da Azərbaycan – Latviya görüşünə start veriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında millinin kapitanı Maksim Medvedev bunu deyib:

“Malta ilə oyunda fərqli oyun sistemi ilə çıxış etdik. Bunları lövhədə göstərmək mümkündür, meydanda etmək isə çox çətindir. Çünki hər bir futbolçu həmin situasiyanı dərk etməlidir. Bəzi məqamlarda futbolçular tapşırıqları düzgün yerinə yetirməyəndə xaos yaranır.

Heç kim belə olmasını istəmirdi. İrlandiyaya qarşı daha yaxşı hücumlar qururduq. Malta onlardan səviyyəcə aşağı olsa da, biz 2-ci nömrə kimi oynayırdıq. Uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirdilər. Bəzən meydanda xaos yaranırdı.

Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir. Bəzi futbolçular sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər. Rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar. Elə oyunlar olur ki, gah eniş, gah artım olur. 90 dəqiqəni eyni səviyyədə keçirmək lazımdır”.

Həmin kateqoriyadan