Merson: “O, önəmli matçların oyunçusudur”

Keçmiş futbolçu Pol Mersonun fikrinə görə, “Mançester Siti”, İlkay Gündoğanın boşluğunu doldura bilməyəcək.

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin müqaviləni bir il uzatmaq təklifi Gündoğana uyğun olmayıb. Bundan sonra, “Barselona” yarımmüdafiəçiyə 3 illik müqavilə təklif edib.

“İlkay, Rodri və Con Stons FA kubokunun finalında çıxış edən ən yaxşı üç oyunçudur. Onlar çox görkəmli idilər.

Gündoğan müqaviləsinin sonunda getsə, bilmirəm “Siti” onu necə əvəz edəcək. O, önəmli matçların oyunçusudur. Böyük matçlarda lazımi vaxtda qərar verən oyunçuların sayı çox deyil. Yaxşı oyunçular çoxdur, amma onun kimi insanlar azdır.

Aydındır ki, əgər mümkündürsə, onu saxlamaq lazımdır. Əminəm ki, Pep bunu istəyəcək”- Merson deyib.

Həmin kateqoriyadan