- Baxış sayı: 10
- 03 Noyabr 2026 10:00
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Xavi argentinalı hücumçu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı yaranmış vəziyyətdən danışıb:
“Hər şey Messidən asılıdır. Vəziyyət prezident Laporta və Lionelin atası Xorxe Messinin əlindədir. Baxaq görək, bu, necə başa çatır”, – Xavi bildirib.
Bu yaxınlarda Xorxe “Barselona”nın prezidenti Joan Laporta ilə görüşündən sonra bildirib ki, iyun ayının sonunda azad agentə çevriləcək Lionel katalon klubuna qayıtmaq istəyir və belə bir ssenari mümkündür.