- Baxış sayı: 36
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


Allsport.az xəbər verir ki, Lionel Messinin atası futbolçunun “Barselona”ya qayıtmaq istəyini təsdiqləyib.
“Leo “Barça”ya qayıtmaq istəyir və mən də onun qayıtmasını istəyirəm.
İnanırıq ki, Leo geri qayıda biləcək” – futbolçunun atası Xorxe Messi, Kataloniya təmsilçisinin prezidenti Joan Laporta ilə görüşdən sonra bildirib.
Messi daha əvvəl komanda ilə iki mövsüm keçirdikdən sonra PSJ-dən ayrılmışdı.
La liqa bu yaxınlarda klubun maliyyə planını təsdiqlədiyi üçün “Barselona” argentinalıya rəsmi təklif göndərə bilər .