Messi hələdə qərarın verə bilməyib

Amerikanın “İnter Mayami” klubu Lionel Messinin transferi üzərində çalışır.

Allsport.az xəbər verir ki, PSJ-nin hücumçusu çox güman ki, mövsümün sonunda Paris klubunu tərk edəcək. O, müxtəlif variantları araşdırır. 

Amerika klubu 35 yaşlı futbolçuya illik 50 milyon avro maaşla 4 mövsümlük müqavilə təklif edib.

MLS klubunun təklifi maliyyə baxımından Səudiyyə Ərəbistanının “Əl Hilalın” klubunun müqaviləsi qədər sərfəli deyil.

Messinin “İnter Mayami”dən icarə əsasında “Barselona”ya keçməsi variantı da istisna edilmir. Hələlik bu mövzuda klublar arasında danışıqlar aparılmayıb. 

Bu mövsüm Liqa 1-də 31 matçda 35 yaşlı argentinalı 16 qol vurub və 16 məhsuldar ötürmə edib

Həmin kateqoriyadan