- Baxış sayı: 13
- 09 İyul 2026 21:34
- Baxış sayı: 343
- İyul 08, 2026
- 0

Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze 2026-cı il dünya çempionatı zamanı Argentina yığmasının kapitanı Lionel Messi ilə telefon danışığı etdiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, forvard bildirib ki, Cənubi Amerika təmsilçisinin baş məşqçisi Lionel Skaloni ilə “Latsio”da komanda yoldaşı olub və onlar hələ də mütəmadi əlaqə saxlayırlar.
“Messi dünya çempionatlarında mənim rekordumu təkrarladıqdan sonra Skaloni bizim telefon danışığımızı təşkil etdi. Bu, çox təsirli an idi. Messi ilə meydanda bir neçə dəfə qarşılaşmışdıq, amma oyundan kənarda ilk uzun söhbətimiz oldu. O, mənə imzalı formasını göndərəcəyinə söz verdi”, – deyə Kloze bildirib.
Messi iyunun 16-da qrup mərhələsində Əlcəzair üzərində 3:0 hesablı qələbədə het-trik edərək dünya çempionatlarının final mərhələlərində vurduğu qolların sayını 16-ya çatdırıb və Klozenin rekordunu təkrarlayıb. Argentina millisinin kapitanı daha sonra Avstriya ilə görüşdə (2:0) dubla imza ataraq bu göstəricidə almaniyalı futbolçunu geridə qoyub.
Hazırda Messinin dünya çempionatlarının final mərhələsində keçirdiyi 31 oyunda 21 qolu var.