- Baxış sayı: 38
- 13 İyul 2026 23:58
- Baxış sayı: 90
- İyul 13, 2026
- 0

“Bavariya”nın yarımmüdafiəçisi Konrad Laymer karyerasının ən məhsuldar mövsümünü keçirib.
Allsport.az xəbər verir ki, avstriyalı futbolçu 2025/2026 mövsümündə Münhen klubunun heyətində 3 qol vurub, 9 məhsuldar ötürmə edib.
Bununla da o, ilk dəfə bir mövsümdə 12 məhsuldarlıq göstəricisinə çatıb.
Laymer DÇ-2026-da da uğurlu çıxışı ilə yadda qalıb. O, Əlcəzairə qarşı yaddaqalan görüşdə Marsel Zabitserin qoluna məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, ötən mövsüm Konrad Laymer üçün təkcə futbol baxımından deyil, şəxsi həyatı baxımından da əlamətdar olub. Avstriyalı yarımmüdafiəçi ilk dəfə ata olub.
Laymerin həyat yoldaşı İnes-Sara da dünya çempionatı zamanı futbolsevərlərin diqqət mərkəzinə düşən simalardan biridir.