- Baxış sayı: 21
- 10 İyul 2026 23:01
- Baxış sayı: 102
- İyul 10, 2026
- 0

Seneqal millisinin kapitanı Sadio Mane yığma karyerasını başa vurduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, 34 yaşlı hücumçu qərarını şəxsi açıqlaması ilə ictimaiyyətə çatdırıb.
Mane milli komanda ilə vidalaşarkən Seneqal üçün hər zaman əlindən gələni etdiyini bildirib:
“Bilin ki, mən bu bayraq uğrunda hər şeyimi qurban vermişəm. Bütün gücümü ortaya qoymuşam və ölkəmiz üçün daim inadla mübarizə aparmışam. Sizin daimi dəstəyiniz uğurumun əsas hərəkətverici qüvvəsi olub. Gələcəkdə təcrübəmi məmnuniyyətlə millətin xeyrinə təqdim edəcəyəm – istər məşqçilər korpusunda, istər baş məşqçi postunda, istərsə də rəhbər strukturlarda”.
Sadio Mane Seneqal millisinin heyətində Afrika millətlər kubokunun qalibi olub.