- Baxış sayı: 33
- 05 May 2026 17:23
- Baxış sayı: 122
- May 04, 2026
- 0

Azərbaycan komandası yay təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib.
Allsport.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv evdə Macarıstan yığması ilə üz-üzə gəlib.
“Liv Bona Dea Arena”da təşkil olunan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Belaruslu referi Viktor Şimusikin idarə etdiyi matçda hesabı 5-ci dəqiqədə macarların hücumçusu Barnabaş Varqa açıb.
3 dəqiqə sonra Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov hesabı bərabərləşdirib.
Qarşılaşmada son nöqtəni 33-cü dəqiqədə “Liverpul”da çıxış edən Dominik Soboslai qoyub.
Bununla da, Azərbaycanın qələbəsizlik seriyası 10-a çatıb.
Azərbaycan yığması iyunun 7-də səfərdə Latviya seçməsi ilə qolsuz heç-heçəyə razılaşıb.