Taekvondo millisinin qazilərlə görüşü

Allsport.az xəbər verir ki, Azərbaycan taekvondoçuları 44 günlük 2-ci Vətən müharibəsinin qaziləri ilə bir araya gəliblər.

Vaxtı ilə taekvondo ilə məşğul olan qəhrəmanlar, zəfərə gedən yolu bir daha xatırlayaraq, milli üzvləri ilə birgə mayın 29-dan iyunun 4-dək Bakıda təşkil olunacaq dünya çempionatının keçiriləcəyi “Büllur” sarayına yollanıblar.

ATF-in vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev və təftiş komissiyasının sədri Bəxtiyar Mirzəyev də məkanda mundialla bağlı gedən son işlərlə tanış olublar.

Bildirilib ki, məkanda tamamlanma işləri gedir və tezliklə qonaqları qəbul etməyə hazır olacaq. N. Səfərov taekvondoçularımıza yarışda uğurlar arzulayıb. O qeyd edib ki, dayanq üzərinə çıxacaq hər bir milli üzvünə böyük ümid bəslənilir.

N. Paşayev isə dünya çempionatında qələbə üçün nəyə diqqət yetirilməli olduğunu deyib. Onun sözünə görə, komandaya yaradılan şərait idmançılar üçün titul qazanmağa böyük stimuldur.

Həmin kateqoriyadan