Milli olimpiya komitəsi ləğv olunur?

Ötən il Konya-2021 İslam həmrəyliyi oyunlarında, ilk dəfə, sözün əsl mənasında, Milli olimpiya komitəsi oyundankənar qaldı. Azərbaycan seçməsinin bütün səfər xərclərini və vahid geyim dəstinin sifarişini gənclər və idman nazirliyi etdi. Daha doğrusu, bu dövlət idarəsinə tapşırıldı. O zaman böyük söz-söhbət olmadı. Bildirildi ki, adı çəkilən tədbir İslam həmrəyliyi idman federasiyasının xətti ilə keçirilir. Amma Krakov-2023 Avropa oyunlarında, əmma da bundan sonra başlayır. Beynəlxalq olimpiya komitəsinin bayrağı altında keçirilən bütün tədbirlərin təşkilatçılğında öhdəlik yerli milli olimpiya komitələrinə düşür.  

Əslində, Mariana Vasilyeva kreslosunu istiləndirməmiş, ümummilli lider Heydər Əliyevin ağ rəngli büstünü nazirliyin dəhlizindən bir müddət götürtdürməklə, dövlət idarəsinin həyətində mərhum nazir Azad Rəhimovun tapşırığı ilə hazırladılan iri şərəf lövhəsindən Heydər Əliyevin, İlham Əliyevin, Mehriban Əliyevanın və olimpiya çempionlarının şəkillərini yox etdirməklə və keçən ilin noyabrın 11-də “Gülüstan” sarayında Milli olimpiya komitəsinin 30-illik təntənəli yubiley mərasiminə qatılmamaqla, buna açıq ismarıc vermişdi.

Bolqar məmur əməli olaraq nazirlikdə hakimiyyətini ələ aldığı kimi, bütün idman camiyəsində tək hökmürəvan olmaq eşqindədir. Buna görə, MOK-un başında ölkə başçısı İlham Əliyevin olmasını həzm edə bilmir. O üzdən vaxtaşırı müxtəlif addımlarda qurumu urvatsız duruma salır, olimpiya mükafatçılarını get-gələ salır, nazirliyin sosial hesablarında bu qurum barədə məlumatların paylaşılmasını əngəlləyir.

Komitə faktiki fəaliyyətsiz hala gəlib. İcraiyyə komitəsində yer alan olimpiya çempionlarının və mükafatçılarının çoxu ya formal vəzifə sahibidirlər, ya da adi işlə məşğuldurlar. Onlar təmsil olunduqları qurumlarda nə səlahiyyət, nə də söz sahibidirlər. Elələri var, nazirliyin qapısından içəri buraxılmır. MOK o günə qalıb ki, hər hansı jurnalisti BOK-un bayrağı altında keçirilən yarışlara qeydiyyata sala bilmir. Bütün haqlar idman nazirliyinin əlindədir. Komitənin yurd içi tədbirlər keçirmək, yaxınlarına mükafat verməkdən ibarətdir. Böyük ehtimalla, Paris-2024 yay olimpiya oyunlarını da MOK kənardan seyr edəcək. Bu, faktiki daha ciddi beynəlxalq qanun pozuntusu və qurumun özünü buraxması deməkdir.

Hazırda Olimpiya küçəsinin başında “Olimpiya” muzeyi tikilir. Nazirliyin yeni qərəzli rəhbərliyi həmin yerdə əyləşəcək. Ondan sonra MOK-un inzibati binası gəlir. Şifrə (ismarıc) bu anlamı verir: öncə biz, sonra siz. “Ağ adamlar” nazirliyin indiki binasını bəyənmirlər və onu “rəiyyət”ə buraxacaqlar. MOK-un icraçı rəhbərliyi baxır və susur – mübarizə aparmır, gözləyir ki, üçlük özü-özünü “yandırsın”. Amma bu baş verənə qədər, onlar idmanı hələ çox yandıracaqlar.

Həmin kateqoriyadan