Milli olimpiya komitəsi maskot müsabiqəsi elan edir

Milli olimpiya komitəsi ölkəmizi tədbirlərdə təmsil edəcək maskotu xalqımızla birlikdə müəyyənləşdirəcək. Allsport.az saytı xəbər verir ki, öz ideyasına, bacarığına güvənən hər kəs kağızda və ya kompüter proqramlarının köməyi ilə hazırladığı işləri 1 oktyabrdək mövzuda “Maskot” qeyd etməklə MOK-un e-mail ünvanına (Marketing@noc-aze.org) göndərə bilər.

Personaj ideyası seçimində sərhəd yoxdur. Maskot əyləncəli olmaqla yanaşı, olimpiya detallarını özündə birləşdirməlidir. İştirakçıların təkliflərini personajın (ideyanı anlatmaq) qısa tanıtımı ilə bir yerdə göndərməlidirlər. Müsabiqənin qalibi MOK-da münsiflər heyətinin rəyinə əsasən müəyyən ediləcək.

Qalib olan işin müəllifi xüsusi medalla təltif ediləcək. Qeyd edək ki, qalib olaraq seçilmiş talisman rəsmi şəkildə milli olimpiya komitəsinin mülkiyyətinə keçmiş olacaq.

Həmin kateqoriyadan