Milli paralimpiya komitəsində qadağan edilmiş siyahı haqqında seminar

AMADA-nın təhsil şöbəsinin əməkdaşları milli paralimpiya komitəsində qadağan edilmiş siyahı-2022 haqqında seminar keçirib. Allsport.az saytı xəbər verir ki, toplantıda yanvarın 1-dən etibarən qüvvəyə minəcək dəyişikliklər və ümumilikdə Siyahıdan istifadə haqqında ətraflı məlumat verilib.

AMADA, özəlliklə, qadağan edilmiş Siyahının neçə hissədən ibarət olduğu, siyahıda yarış müddətində, yarışdan kənar müddətdə və spesifik idman növlərində qadağan edilmiş maddələrin təsnifatını açıqlayan təqdimatla çıxış edib.

Təqdimatda idmançının dərman vasitəsinin tərkibindəki maddəni qadağan edilmiş siyahıda necə yoxlaya biləcəyi nümunələrlə ətraflı izah edilib. Çıxışlarda idmançının bədənində aşkar edilə biləcək qadağan edilmiş maddəyə görə idmançının ciddi məsuliyyət daşıdığı bir daha vurğulanıb.

Həmin kateqoriyadan