Milli paralimpiya komitəsində Qarabağ qaziləri ilə görüş

Milli paralimpiya komitəsində qış idmanının kross-kantri növü üzrə beynəlxalq təlim-məşq toplantısında iştirak etmiş Qarabağ qaziləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, AMPK-in prezidenti İlqar Rəhimov qazilərə yeni başlanğıcda uğurlar arzulayıb, paralimpiya ailəsinə qoşularaq qazilərimiz peşakar idmanla məşğul olub beynəlxalq arenalarda ölkəmizi layigincə təmsil edə biləcəklərini deyib.

Qazilərimiz isə öz növbələrində bildiriblər ki, qış idman növləri ilə yanaşı yay idman növlərində də güclərini sınamağa hazır, məşqlərə məsuliyyətlə yanaşıb gələcəkdə Azərbaycanı layigincə təmsil edəcəklər.

Sonra beynəlxalq təlim-məşq toplantısını uğurla başa çatdırmış idmançılara Komitə prezidenti tərəfindən sertifikatlar təqdim olunub. Görüşdə AMPK-in baş katibi Kamal Məmmədov iştirak edib.

Həmin kateqoriyadan