- Baxış sayı: 66
- 16 İyun 2026 18:31
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

Azərbaycan milli paralimpiya komitəsinin icraiyyə komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, iclasda Afiq Süleymanov komitənin fəxri vitse-prezidenti seçilib. Eyni zamanda, məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiqlənib, həmçinin Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya yaradılıb.
Komitənin vitse-prezidenti İlham Zəkiyev nizam-intizam komissiyasının rəhbəri, baş katibi Kamal Məmmədov isə məşqçilər şurasının sədri təyin ediliblər. Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması AMPK-nin fəxri vitse-prezidenti A.Süleymanova tapşırılıb.