- Baxış sayı: 32
- 03 Avqust 2026 23:33
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Allsport.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çex respublikasının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Centenary” stadionunda təşkil olunan görüş Çex respublikası seçməsinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.
U-19 qrupda növbəti oyununu noyabrın 15-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.