- Baxış sayı: 34
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 276
- Oktyabr 25, 2026
- 0

Millimiz “Haladas SportKomplexum”da Albaniya yığması ilə qarşılaşıb.
Allsport.az xəbər verir ki, Avropa çempionatına hazırlaşan rəqib komanda matçda 3:1 hesablı qələbə qazanıb. Millimizin qolunu 90-cı dəqiqədə Musa Qurbanlı vurub. Albaniya yığmasının heyətində isə 12-ci dəqiqədə Nedim Bayrami, 81-ci dəqiqədə Rey Manay və 87-ci dəqiqədə Kazim Laçi fərqləniblər.
Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu iyunun 11-də, Bakı vaxtı ilə saat 18:00-da eyni məkanda Qazaxıstan yığmasına qarşı keçirəcək.