Millimiz tarix yazdı: Rəsmi oyunlarda ardıcıl 3 qələbə! Millətlər liqasını darmadağınla başa vurduq!

Azərbaycan futbolçuları millətlər liqasının “C” divizionunun 3-cü qrupunda bu gün son oyununu “Dalğa arena”da  Qazaxıstana qarşı keçirib. Allsport.az saytı xəbər verir ki, son 2 rəsmi görüşdə qalib gələn “ay-ulduzlular”ımız, uğur zolağını evdə də davam etdiriblər.

Komandamız ilk hissədə komandamız çox çalışsa da, rəqib qapısına yol tapa bilməyib. baxmayaraq ki, qonaqlar 35-ci dəqiqədən azlıqda qalıblar.

2-ci yarıda təzyiqi bir qədər də artıran millimiz, 67-ci dəqiqədə Aleksandr Maroçkinin avtoqolu ilə önə keçib. 7 dəqiqə sonra Filip Ozobiç gözəl zərbə ilə hesab arasında fərqi artırıb. 90+1-ci dəqiqədə oyuna yeni qoşulan Anatoli Nuriyev son nöqtəni qoyub – 3:0.

Beləliklə, baş məşqçi Canni de Byazi ölkə futbolu tarixinə düşüb. Seçməmiz rəsmi matçlarda ilk dəfə ardıcıl 3 qələbə qazanıb. Buna qədər Belarus (2:0) və Slovakiyaya (2:1) qalib gəlmişdik. Komanda 10 xal ilə qrupda 2-ci yer tutub. Üstəlik, ən az (7:4) top buraxan kollektiv olub.

Həmin kateqoriyadan