Millimizin futbolçusunun 1 qolu və 1 ötürməsi “Visla”ya yetmədi

Yığmamızın futbolçusu Anton Krivotsyuk Polşa ekstaklassasında qol hesabını açıb. Allsport.az saytı xəbər verir ki, milliləşən ukraynalı müdafiəçi Plotsk “Visla”sında fərqlənib.

O, “Pyast”la səfər görüşün 38-ci dəqiqəsində 0:2 hesabı ilə geridə olan komandasını ümidləndirib. 90 dəqiqə meydanda olan futbolçumuz, 79-cu dəqiqədə bərabərlik (3:3) qolunun məhsuldar ötürməsini də verib.

Lakin meydan sahibləri 4:3 hesablı qələbə qazanıb. “Visla” 4 xalla 18 komanda arasında 10-cu yerdədir.

Həmin kateqoriyadan