Millimizin baş məşqçisi və kapitanı kimlərə səs verdilər?

Millimizin baş məşqçisi Canni de Byazi və kapitanı Emin Mahmudovun “The Best”in səsverməsində kimlərə səs verdiyi məlum olub.

Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis ən yaxşı futbolçu sorğusunda 1-ci yerə Lionel Messi (Argentina, PSJ), 2-ci yerə Kilian Mbappe (Fransa, PSJ), 3-cü yerə Kərim Benzemanı (“Real”) layiq görüb.

“Neftçi”nin yarımmüdafiəçisi ardıcıl olaraq Kərim Benzema, Klilian Mbappe, Lionel Messiyə səs verib.

De Byazinin “ilin ən yaxşı məşqçisi” sorğusunda seçimi belə olub: 1. Karlo Ançelotti (“Real”), 2. Lionel Skaloni (Argentina) 3. Valid Reqraqi (Mərakeş). Futbolçumuzun ilk 2 seçimini baş məşqçi ilə eyni olsa da, 3-cü pillədə Pep Qvardiolanı (“Mançester Siti”) görüb.

Millimizin çalışdırıcısı ən yaxşı qapıçı sorğusunda 1-ci Emilliano Martines (Argentina, “Aston Villa”) 2-ci Yassin Bunu (Mərakeş, “Sevilya”), 3-cü Tibo Kurtuaya (Belçika, “Real”) səs verib. Emin Mahmudovda isə belədir: 1. Yassin Bunu, 2. Tibo Kurtua 3. Alisson Bekker (Braziliya, “Liverpul”).

Ötən ilin “ən yaxşı futbolçusu” Lionel Messi, “ən yaxşı məşqçi” Lionel Skolani, “ən yaxşı qapıçı” Emilliano Martines seçiliblər.

Həmin kateqoriyadan