- Baxış sayı: 88
- 08 May 2026 11:59
- Baxış sayı: 111
- May 10, 2026
- 0
Milli komandamızın üzvü Çarlz Edvard Deyvis Türkiyə Basketbol Liqasında forma geyindiyi «Banvid» klubu 13-cü turda öz meydanında «Royal Xalı Qaziantəp»i qəbul edib.
Allsport.az saytı xəbər verir ki, Qara Əli Acar idman zalında təşkil edilmiş matçda Bandırma şəhərinin təmsilçisi rəqibini 1 top fərqi ilə məğlub edib – 70:69. Bu gərgin mübarizədə komanda yoldaşları arasında ən çox xalı elə basketbolçumuz toplayıb (19 xal).
«Ağ-yaşıllar» hazırda 21 xalla 5-ci yerdədir. «Banvid» növbəti görüşünü yanvarın 3-də səfərdə «Trabzonspor Medical Park»a qarşı keçirəcək. Xatırladaq ki, hesabat turunda millimizin digər üzvü Orxan Aydının formasını geyindiyi «Uşaq Sportiv» bu kollektivə 81:78 hesabı ilə qalib gəlib.