Millimizin həndbolçusu «Trabzonspor»la sevindi

Dünən kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçuları Türkiyə Super Liqasında mənsub olduqları klublarda növbəti matçlara çıxıblar.

Allsport.az saytı xəbər verir ki, 17-ci turda Oleq Georgiyevskinin çıxış etdiyi «Trabzonspor» evdə «İstanbul Anafen Kolleci» komandası ilə qarşılaşıb.

Matç qara dənizlilərin xeyrinə bitib – 32:31. «Bordo-mavililər» hesabında 17 xal var; yarış cədvəlində 6-cı pillədə qərarlaşıb.

Sergeyin Georgiyevski və Valerii Parşkovun formasını geyindiyi «Antalya» səfərdə «Milli Piyango»ya 25:30 hesabı ilə uduzub. Cənublular 11 xalla 12-ci yerdə qalıb.

Həmin kateqoriyadan