- Baxış sayı: 41
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 269
- Oktyabr 25, 2026
- 0

Bu gün milli komandalar arasında DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
Allsport.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan komandasının rəqibləri müəyyənləşib. Millimiz UEFA millətlər liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə “D” qrupunda mübarizə aparacaq.
Bu qrupda mübarizəyə gələn ilin sentyabrında start veriləcək.