- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0
Ukrayna çempionatında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – “Metallurq” da növbəti matçına çıxıb.
Zaporojye klubu səfərdə “Karpatı” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyətin üzvlərindən olmasına baxmayaraq, millimizin üzvünün adı bu görüşün 18-liyində yer almayıb.
Çünki uğursuz çıxış etdiklərinə görə, məşqçilər korpusu bu görüşdə gənclərə şans veriblər. Qeyd edək ki, “Metallurq” geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.