Millinin rəqibinin heyətində ciddi itkilər

Belarus komandası millətlər liqasının “C” divizionunda Slovakiya, Azərbaycan və Qazaxıstanla oyunlara ciddi itkilərlə çıxacaq. Allsport.az saytı xəbər verir ki, bu barədə baş məşqçisi Georgi Kondratyev deyib. Onun sözünə görə, ötənilki heyətdən 11 futbolçu seçmənin iyunda keçirəcəyi görüşlərində iştirak etməyəcək.

O bildirib ki, buna səbəb bəzilərinin zədə, bəzilərinin isə ailə məsələlərinə görə millinin düşərgəsinə gələ bilməməsidir: “Bir neçə oyunçunun isə ağır mövsümdən sonra istirahətə ehtiyacı vardı”.
 
Belarus millisi “ay-ulduzlular”ımızla iyunun 6-da Serbiyanın Novı Sad şəhərində “Karadjordje” stadionunda qarşılaşacaq. Komanda iyunun 13-də Bakıda yenidən millimizlə görüşəcək.

Həmin kateqoriyadan