Milorad Maciç RFİ-nin hakimlər departamentinin rəhbəri olub

Milorad Maciç ilə müqavilə daha bir il uzadılmaq imkanı ilə iki il müddətinə bağlanır.

Allsport.az xəbər verir ki, 50 yaşlı serbiyalı mütəxəssis iyunun 29-da Moskvaya gedəcək və RPL hakimlərinin toplantısında işə başlayacaq.

Şöbə müdirinin müavini uzun illər Maciçin köməkçisi olmuş Dalibor Curceviç olacaq. O, digər məsələlərlə yanaşı, VAR sisteminin keyfiyyətinin yaxşılaşdırılmasına da cavabdeh olacaq.

Maciç iki dünya çempionatında (2014 və 2018-ci illərdə), UEFA super kubokunda (2016), 2017-ci ildə konfederasiyalar kubokunun finalında və 2018-ci ildə ÇL-in finalında çalışıb. 

Həmin kateqoriyadan