- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.
Allsport.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Centenary” stadionunda keçirilən görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-19 qrupda son oyununu noyabrın 18-də Malta yığmasına qarşı keçirəcək.