Mirça Luçesku millimizin hüçumçusunun baş məşqçisi ola bilər

Ramil Şeydayevin yer aldığı Mokva “Dinamo”suna baş məşqçi vəzifəsinə Mirça Luçesku təyin oluna bilər. 

Allsport.az saytı xəbər verir ki, bu barədə “Sport24” nəşrinə 74 yaşlı mütəxəssisin agenti Arkadi Zaporjan danışıb. O, hələ Luçeskuya müqavilə təklif olunmadığını qeyd edib. Eyni zamanda, onun Moskvaya səfərə hazırlaşdığını da bildirib.

Zaporjan Luçeskunun baş məşqçi olması barədə də fikirlərini söyləyib: “Sualı klub rəhbərliyinə vermək daha yaxşı olardı. İstərdim ki, komandaya o rəhbərlik etsin. Hələlik məsələnin nə zaman həllini tapacağını deyə bilmərəm”. 

Qeyd edək ki, ötən həftəsonu komandanın “Orenburq”a məğlubiyyətindən sonra baş məşqçi Dmitri Xoxlov istefaya göndərilib. 

Həmin kateqoriyadan