- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

Misir millisinin baş məşqçisi Hüsəm Həsən Hüseyn dünya çempionatının 1/8 finalında Argentinaya məğlubiyyətindən sonra FİFA-nı tənqid edib.
Allsport.az saytı xəbər verir ki, Afrika təmsilçisi 78-ci dəqiqəyə qədər 2:0 öndə olsa da, sonda 2:3 hesabı ilə uduzub. 59 yaşlı çalışdırıcının sözünə görə, FİFA Argentinada və Lionel Messidə kubok uğrunda mübarizəni davam etdirməkdə maraqlıdır:
“Hər şey pulla bağlıdır. Onlar Messinin turnirdə qalmasını istəyirlər. Futbolda müxtəlif maraqlar üzündən meydandan kənarda çox şey baş verir. Baş verənlər ədalətsiz idi. Misir növbəti mərhələyə keçməyə layiq idi. Argentinaya qarşı biz daha yaxşı komanda idik.”