“Miss Lüksemburq” futbolçunu zorakılıqda ittiham edib

Allsport.az xəbər verir ki, Jerson Rodriqesin maraqlı taleyi var. O, mühacir ailəsində anadan olub, atasız böyüyüb və bir müddət sonra anasını itirib. Futbolçu, daha yaxşı həyat axtarışında Portuqaliyadan Lüksemburqa köçüb.

Sonra onun kariyerası başlayıb. Rodriqes “Şerif”də oynayıb sonra isə Kiyev “Dinamo”suna keçib.

Qersonun “Miss Lüksemburq 2020” gözəli Emili Boland ilə münasibəti yaranmağa başlayıb. Lakin sevgiləri uzun çəkməyib. Ayrıldıqdan qısa müddət sonra Emili dodaqlarının yaralanmış şəklini yayımlayıb və futbolçunu zorakılıqda ittiham edib.

Bundan əlavə, gözəlçə psixoloji zorakılıqdan şikayətlənib və belə kişilərdən qaçmağı tövsiyə edib. İttihama Rodriqes cavab verib ki, o, qadınlar tərəfindən tərbiyə olunub və heç vaxt əks cinsə əl qaldırmayıb.

Həmin kateqoriyadan