MMA döyüş liqasının çəki mərasimi

Bu gün MMA üzrə ilk peşəkar beynəlxalq döyüş liqasının çəki mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, müxtəlif dərəcələr üzrə fərqli divizionlarda 20 idmançı tərəzi üzərinə çıxıb. Tədbirin ardınca İFL təşkilatının prezidenti Heydər Məmmədəliyev, eləcə də qadın və kişi idmançılar jurnalistlərin suallarını cavablandırıb.

liqa 2020-2021-ci illəri əhatə edəcək və 4 turnirdən ibarət olacaq. Turnirlərdə yerlilərlə yanaşı, əcnəbi idmançılar da reytinq xalları uğrunda mübarizə aparacaqlar.

İnformasiya dəstəyi “Xəzər” TV, təşkilatçı “Sport Marketinq Qrup”dur. MMA həvəskarları bütün döyüşləri 9 oktyabr axşam saat 23:00-da izləyə biləcəklər.

Həmin kateqoriyadan