- Baxış sayı: 1
- 05 May 2026 17:23
- Baxış sayı: 121
- May 04, 2026
- 0

Millətlər liqasının 5-ci turunda millimizin qonağı olacaq Monteneqro paytaxta itkilərlə təşrif buyuracaq. Allsport.az saytı xəbər verir ki, buna səbəb rəqibin 3 futbolçusu ötən gün Lüksemburqla matçda cəzalı duruma düşməsidir. Evdə 1:2 hesabı ilə uduzan Qaradağın 2 oyunçusu qırmızı, biri isə sarı vərəqə alıb.
Müdafiəçi Marko Simiç 2-ci sarı vərəqə ilə meydanı tərk edibsə, hücumçu Marko Yankoviçə birbaşa qırmızı vərəqə göstərilib. Digər müdafiəçi Momçilo Raspopoviç isə, ümumən 2-ci xəbərdarlığını alıb.
Azərbaycan – Monteneqro oyunu noyabrın 14-də keçiriləcək.