Mourinyu: “Fiziki olaraq ölənə qədər oynadıq və ruhən yorğunuq”

Allsport.az xəbər verir ki, Joze Mourinyu “Roma”nın “Sevilya”ya penaltilərdə uduzmasını ədalətsizlik adlandırıb.

İtaliya təmsilçisi Avropa liqasının finalında İspaniya klubuna uduzub (1:1, penaltilərdə 1:4).

“Dedim ki, ya kubokla meydanı tərk edəcəyik, ya da ölü. Fiziki olaraq ölənə qədər oynadıq və ruhən yorğunuq. Biz bu oyunun, bir çox mübahisəli epizodlarla ədalətsiz məğlubiyyət olduğuna inanırıq.

Beş avrokubok finalında qalib gəlmişəm. Mən bunu uduzdum, amma evə heç vaxt olmadığı kimi qürur hissi ilə qayıdacağam. Bu mövsüm futbolçular tamamilə var gücləri ilə oynadılar” – “Roma”nın baş məşqçisi Mourinyu deyib.

Həmin kateqoriyadan