Mövsümün 250-ci qolu

Topaz Premyer Liqasında 2014/15 mövsümünün 250-ci qolu vurulub. Allsport.az saytı xəbər verir ki, yubiley qolu “Sumqayıt” – “Qarabağ” matçına təsadüf edib.

Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi matçda bərabərlik qoluna imza atan Reynaldo cari çempionatın 250-ci topunun müəllifi olub. Dubla imza braziliyalının ilk qolundan sonra turda daha 5 qol vurulub. Beləliklə, 26 turun 103 oyununda vurulan qol sayı 255-ə çatıb. Mövsümün orta məhsuldarlığı 2,48-ə bərabərdir.

Qeyd edək ki, Topaz Premyer Liqasında 2014/15 mövsümünün ilk qolunu Rauf Əliyev vurub. O, “Xəzər Lənkəran”ın heyətində 1-ci turun AzAL-la səfər oyununda fərqlənib.

Həmin kateqoriyadan