“Rusiya futbolu üçün darıxmıram”

“Sabah”ın baş məşqçisi Murad Musayev “Sport-Ekpress”ə müsahibə verib. Allsport.az xəbər verir ki, o, Rusiya üçün darıxmadığını deyib:

“Rusiya futbolu üçün darıxmıram. İndi işimi yaxşı görmək barədə düşünürəm ki, komanda Avropa yarışlarına qatıla bilsin. Çox şey dəyişdi, irəliyə doğru bir addım atıldı. Bütün bunları sabitləşdirmək vacibdir.

Çox iş var, darıxmağa vaxt yoxdur. Həmişə “Krasnodar”ı xatırlayıram. Akademiyadan başlayaraq 10 ildən artıq klubda işləmişəm. “Krasnodar” mənim bir parçamdır, klubu izləyirəm. Yalnız yaxşı xatirələr qalır”.

Həmin kateqoriyadan