Nəriman titulunu qorudu

“Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov “Fight Night Global” təşkilatının çempionu titulunu qoruyub. Allsport.az xəbər verir ki, idmançımız buna Moskvada keçirilən döyüşdə nail olub.

“Fight Night Global98” çərçivəsində döyüşə çıxan Abbasov Rusiyanı təmsil edən Mixail Qoqitidze ilə üz-üzə gəlib. 26 yaşlı döyüşçümüz 5 raundluq qarşılaşmanı vaxtından əvvəl bitirib. O, ikinci raundda boğucu fəndlə qalib gələrək yüngül çəki dərəcəsində çempion kəmərini qoruyub.

Həmin kateqoriyadan