“Nəticəyə görə məyusam”

Allsprot.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün “Dalğa arena”da keçirilmiş Azərbaycan – Estoniya (1:1) oyunundan sonra təşkil olunmuş mətbuat konfransında milli komandanın baş məşqçisi Canni De Byazinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

“İlk hissəni standartlardan çox aşağı səviyyədə oynadıq. Oyunumuz alınmırdı, topu idarə edə bilmirdik. Məhz buna görə fasilədə üç əvəzetmə etdik. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Düşünürəm ki, ikinci hissədəki oyunumuzla qələbəyə layiq idik.

Əgər son dəqiqələrdəki dirəkdən qayıdan epizodda bəxtimiz gətirsəydi, qələbə qazanardıq. Birinci hissədən narazıyam. Bu gün güclü komanda ilə qarşılaşırdıq. Nəticəyə görə məyusam, amma komandamın ikinci hissədəki çıxışından razıyam”.

Həmin kateqoriyadan