Naftalan kurortu rusiyalı olimpiya çempionunun dərdinə dərmandır

Rusiyanın şüvüllə hündürlüyə tullanma üzrə olimpiya çempionu Anna Çiçerova, Pekində keçirilən dünya çempionatında zədələndiyini etiraf edib. Allsport.az saytının məlumatına görə, buna baxmayaraq, atlet bürünc medal qazanmağı imkan tapıb. İdmançı “Sport-express” nəşrinə müsahibəsində bildirib ki, bərpa dövrü onun növbəti olimpiya mövsümünə hazırlığına mane olmayacaq.

Sitat: «Bud nayihəmdə kiçik yırtıq əmələ gəlib. Bu məndə ötən ildə vardı. Elə bildim, zaman-zaman keiçb gedəcək. Amma Pekində keçirilən dünya çempionatında zədə öz sözünü dedi. Əminəm ki, tezliklə sağalacağam. Mənə bir neçə məkanda müalicə almağı məsləhət görüblər. Öncə suyu olduqca faydalı olan Ölü dənizə yollanacağam. Sonra mənə Azərbaycanın Naftalan mənbələrinə getməyi tövsiyə ediblər. Bərpa dövrü böyük ehtimalla noyabrın ilk həftəsinədək davam edəcək».

Həmin kateqoriyadan