- Baxış sayı: 44
- 16 İyun 2026 22:15
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Nar” şirkəti 4-cü İslam həmrəyliyi oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı olub. Allsport.az saytı xəbər verir ki, aprelin 13-də bununla əlaqədar anlaşma imzalanıb. Rəsmi tərəfdaşlığa dair sazişi Bakı-2017 əməliyyat komitəsinin korporativ direktoru Elçin Səfərov və “Nar” şirkətinin baş icraçı direktoru Klaus Müller imzalayıblar.
Sazişə əsasən, “Nar” şirkəti oyunlar zamanı əməliyyat komitəsini mobil telekommunikasiya, o cümlədən zəng və data xidmətləri ilə təmin edəcək, informasiya əlaqə mərkəzi və oyunların texnologiya şöbəsinə dəstək sahəsində aparıcı provayder rolunu oynayacaq.